Yol qəzasında həlak olan əsgərə şəhid statusu verildi


Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımova şəhid statusu verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "report" məlumat yayıb.
Bildirilib ki, qanunvericiliyə əsasən, V.Kazımov şəhid statusu alıb və o, İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, hadisə martın 3-də Şuşa-Laçın yolunda qeydə alınıb.
Belə ki, hərbi yük avtomobili qəzaya uğrayıb. Nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər V.Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top