Sabunçuda kafedə əxlaqsızlıq yuvası təşkil edən qadın tutulub - FOTO


Polis tərəfindən sosial şəbəkələrdə paylaşılan məlumat əsasında Sabunçu qəsəbəsi ərazisində yerləşən kafelərin birində əxlaqsızlıq yuvası təşkil olunması müəyyən edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.
Xəbərə görə, əxlaqsızlıq yuvasını təşkil etməkdə şübhəli bilinən kafenin icarədarı, Balakən rayon sakini, əvvəllər də fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə məhkum olunmuş Sona Cumayeva saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) və 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi başlayıb. İstintaq hərəkətləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top