Türkiyədə hərbçilər qəzaya düşüb - Ölən və yaralananlar var


Türkiyədə əsgərləri daşıyan xidməti avtomobil buzlanmanın olduğu Tokat-Niksar yolu Almas qovşağı yaxınlığındakı səddə çırpılaraq aşıb.
Yeniavaz.com
“AA”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 əsgər şəhid olub, 3-ü yaralanıb.
Qəzada sürücü ilə birlikdə baş çavuşlar İsmayıl Elfin, Muammer Kurt və Ali Yiğit yaralanıb. Yaralılardan İ. Elfin xəstəxanada edilən müdaxiləyə baxmayaraq xilas ola bilməyib və şəhid olub.
Əsgərlərin Jandarma Xüsusi Hərəkat Taburu Komandanlığında xidmət etdiyi öyrənilib.

DİGƏR XƏBƏRLƏR

Top