Xaçmazda iti asaraq öldürən 86 yaşlı kişi cəzalandırıldı


Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olunub.

DİN Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, sosial şəbəkələrdə itin amansızlıqla asılaraq öldürülməsi görüntüləri yayılıb. Həmin hadisə fevral ayının 19-da Xaçmaz rayonunda baş verib. Hadisəni törədən şəxsin rayonun Gödəkli kənd sakini 86 yaşlı Balasoltan Daşdəmirov olduğu müəyyən edilib. Həmin gün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir) müvafiq tədbir görülüb.

DİGƏR XƏBƏRLƏR

Top