Rusiya Gürcüstanla vizasız rejimi istisna etmir

Rusiya Gürcüstanla vizasız rejimin tətbiq ediləcəyini istisna etmir. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyann xarici işlər nazirinin müavini Qriqori Karasin deyib. Onun sözlərinə görə, bu məsələdə rəsmi Tbilisinin Avropa İttifaqı (Aİ) ilə danışıqlarını nəzərə almaq lazımdır. Diplomat xatırladıb ki, Rusiya təqribən bir il əvvəl Gürcüstan vətəndaşları tərəfindən Rusiya vizalarının alınması şərtini xeyli asanlaşdırıb və hazırda istənilən gürcü vətəndaşı Rusiyaya bu ölkənin istənilən vətəndaşı və ya burada daimi yaşayan əcnəbi tərəfindən rəsmiləşdirilən şəxsi dəvət üzrə gələ bilər. Q. Karasin əlavə edib ki, Gürcüstan 2006-cı ildə birtərəfli qaydada Aİ vətəndaşları üçün vizaları ləğv etdi. Brüssel 2012-ci ildə qarşılıqlı viza liberallaşdırılması haqqında danışıqlara başlamağa razılıq verəndə ətraflı fəaliyyət planı hazırlandı. Bu plana əsasən Tbilisi bir neçə ildir mütəmadi olaraq hesabat verir. Yəni söhbət dövlətlərarası sıx qarşılqlı fəaliyyətdən gedir. Diplomatik əlaqələrin olmadığı indiki şəraitdə Rusiya və Gürcüstan arasında belə işi qurmaq nə qədər realdır?”.

DİGƏR XƏBƏRLƏR

Top