Ölkədə son sutkada 570 nəfər COVID-19-a yoluxdu


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 570 yeni yoluxma faktı qeydə alınıb, 1 784 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 787 937 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 771 530 nəfər müalicə olunaraq sağalıb, 9 473 nəfər vəfat edib, aktiv xəstə sayı 6 934 nəfərdir.

Ölkədə son sutka ərzində 6 847, hazırkı dövrədək isə 6 579 163 test aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top