Rusiya ordusu Ukraynada yaşayış binasını vurub.
Yeniavaz.com xəbər verir ki, hadisə nəticəsində 22 nəfər dünyasını dəyişdi.
Bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
Həlak olanların sayının artacağı istisna edilməyib.
***18:16
Rusiya qoşunları Ukraynanın Çerniqov şəhərində yaşayış binasını vurub.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Çerniqov Vilayət Dövlət Administrasiyasının sədri Vyaçeslav Çaus məlumat yayıb.
Həlak olanlar və yaralananlar barədə məlumat dəqiqləşdirilir.
Hadisənin görüntülərini təqdim edirik: