Ukrayna tərəfi danışıqların keçiriləcəyi yerə gedib - Gündəlik açıqlandı


“(Rusiya-Ukrayna danışıqlarına – red.) iki saatdan sonra başlayırıq”.
Yeniavaz.com
xəbər verir ki, bunu danışıqların iştirakçısı, Ukrayna Ali Radasının deputatı David Araxamiya sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, artıq danışıqların keçiriləcəyi ünvana çatıblar. Deputat sözügedən ərazidən fotolar da paylaşıb.
“Minimum proqramımız humanitar dəhlizlərdir. Daha sonra isə vəziyyətə uyğun hərəkət edəcəyik”, - deputat qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top