Mingəçevirdə narkomaniya ilə bağlı tədbir keçirilib


Mingəçevirdə “Narkomaniyaya yox deyək” və digər zərərli vərdişlərə qarşı maarifləndirici tədbirlər təhsil müəsissələrində davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, Mingəçevir ŞPŞ rəisi, polis polkovniki Ədalət Əliyev və şöbənin bu mövzu üzrə əməkdaşları Mingəçevir Turizm Kollecində olublar.
Əvvəlcə kollecin direktoru Kamal Əhmədov çıxış edərək polis əməkdaşlarına kollec haqqında ətraflı məlumat verib.
Daha sonra şöbə rəis mövzu ilə əlaqədar çıxış edib. Bildirib ki, narkomaniya və digər zərərli vərdişlər insan həyatına, sağlam gənc nəslin yetişməsinə mənfi təsir göstərir.

Daha sonra narkomaniya ilə bağlı video çarx təqdim edilib, şagirdlərin sualları cavablandırılıb.

Esmira Hidayətova, Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top