Ruslar Xersonda yeni qaydalar qoyub: "Əsgərləri təhrik etməyin…"


Ukraynanın əsas cənub liman şəhəri olan Xerson hazırda Rusiyanın nəzarəti altındadır.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, sakinlərdən biri rus hərbçilərin şəhərdə yeni qaydalar tətbiq etdiyini bildirib.
"İndi şəhərdə sakitlikdir. Dünən də sakit idi. Əvvəllər döyüşlər, partlayışlar olurdu.
Dünən heç kim evindən çölə çıxmadı, çünki bu, çox təhlükəli idi, amma bu gün insanlar yemək almağa çalışırlar", - Nina adlı sakin bildirib.
Amma o deyir ki , şəhər kənarında hələ də döyüş səsləri eşidilir:
"Biz bəzi qaydalara əməl etməliyik. Onlar hökumətimizlə razılaşıblar ki, rus əsgərlərini təxribata çəkməyək.
Biz qrup halında ola bilmərik, maşınları sürətlə sürə bilmərik. Dayanıb maşınımızda olanı göstərməyə hazır olmalıyıq və heç kimi təxribata çəkməməliyik".

DİGƏR XƏBƏRLƏR

Top