Rus milyarder “Çelsi”ni satır - Gəlir ukraynalılara xərclənəcək


Rusiyalı iş adamı Roman Abramoviç İngiltərənin “Çelsi” futbol klubunu satmaq qərarına gəlib. Satışdan əldə olunan gəlir Ukrayna münaqişəsinin qurbanlarına yardım etmək üçün xeyriyyə fonduna yönəldiləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun rəsmi saytında yayımlanan bəyanatda bildirilib.
“Mən komandama satışdan əldə edilən bütün xalis gəlirin bağışlanacağı xeyriyyə fondu yaratmağı tapşırmışam. Fond Ukraynadakı müharibənin bütün qurbanlarının xeyrinə olacaq. Buraya qurbanların təcili və təxirəsalınmaz ehtiyacları üçün vəsaitlərin təmin edilməsi, eləcə də uzunmüddətli bərpa işinin dəstəklənməsi daxildir”, - Abramoviç bəyanatda bildirib.

DİGƏR XƏBƏRLƏR

Top