
Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarus idmançılarının 2022-ci ildə Pekində keçiriləcək Qış Paralimpiya Oyunlarına buraxılmayacağını bildirib.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, Beynəlxalq Paralimpiya Komitəsindən (IPC) atlet kəndlərində vəziyyətin gərginləşdiyi bildirilib:
"İdmançıların təhlükəsizliyinin təmin edilməsi müşkül hala gəlib".
Qeyd edək ki, Pekində keçiriləcək Qış Paralimpiya Oyunlarında 71 rus və 12 belarus idmançı iştirak edəcəkdi.
Tətbiqimizi yükləyə bilərsiniz