"Bu məlumatlar rusların daha dəqiq zərbə endirməsinə kömək edir"


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sosial şəbəkələrdə raket və bomba zərbələrinin nəticələri barədə məlumat yaymamağa çağırır.

Yeniavaz.com “unian”a istinadla xəbər verir ki, Baş Qərargah bu cür məlumatların düşmənə sonrakı atışları düzəltməyə kömək etdiyini bildirib.
"Kiyev və Ukraynanın digər şəhərləri düşmənin raket və bomba hücumlarından əziyyət çəkir. Sosial şəbəkələr və tanınmış informasiya resursları, demək olar ki, real vaxt rejimində düşmən raketlərinin vurulmasının təfərrüatını və dəqiqliyinin nəticələrini şərh etməyə başlayır.
Biz bloqçulara, ekspertlərə və internet ictimaiyyətinin sıravi üzvlərinə müraciət edirik: sizin yaydığınız əməliyyat məlumatları rus artilleriyaçıları və atıcılarına növbəti zərbəni daha dəqiq endirmək üçün lazım ola bilər. Endirilən zərbələrin real vaxtı və dəqiq ünavnı barədə məlumat yayarkən diqqətli olun", - Baş Qərargah qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top