Ermənistanda ilk turda prezident seçilmədi


Ermənistanda seçkilərin ilk turunda prezident seçilməyib.
Yeniavaz.com
“sputnik srmeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Hesablama Komissiyasının rəhbəri Narek Babayan məlumat verib.
Onun sözlərinə görə, hakim “Vətəndaş müqaviləsi” partiyası kifayət qədər səs toplaya bilməyib.
Dövlət başçısı vəzifəsinə yeganə namizəd, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyana cəmi 69 deputat səs verib.
Seçkilərin ikinci turu da bu gün keçiriləcək.
Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. O, buna səbəb kimi dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib. Fevralın 1-dən isə prezidentin səlahiyyətlərini Ermənistan parlamentinin sədri Alen Simonyan icra edir.

DİGƏR XƏBƏRLƏR

Top