Rumıniyada qırıcı radardan itdi, helikopter qəzaya uğradı - VİDEO


Ötən gün axşam saatlarında Rumıniyada ölkə aviasiyasına məxsus MiQ-21 təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com
“digi24.ro”ya istinadən xəbər verir ki, axtarış-xilasetmə missiyasına göndərilən IAR 330-Puma helikopteri də qəzaya uğrayıb və 7 ekipaj üzvü həyatını itirib.
Qəzaya uğrayan təyyarə ilə idarəetmə qülləsinin radio əlaqəsi Bakı vaxtilə saat 22:00-da kəsilib və o, 22:03-də radardan itib.
Bu gün saat 04:00-da Rumıniya Milli Müdafiə Nazirliyi qırıcı təyyarənin pilotunun ölü tapıldığını açıqlayıb.
Müdafiə naziri Vasile Dinku bildirib ki, hazırda pis hava şəraiti və təyyarənin texniki vəziyyəti istisna olmaqla, MiQ-21 Lancer təyyarəsinin qəzaya uğraması ilə bağlı başqa səbəb yoxdur. Nazir həmçinin təyyarəyə hücum ehtimalını da istisna edib.
Hərbi Hava Qüvvələri Baş Qərargahı və Konstansa Hərbi Tribunalının yanında Hərbi Prokurorluqdan ibarət komissiya qəzanın hansı şəraitdə baş verdiyini araşdırmağa davam edir.

 

DİGƏR XƏBƏRLƏR

Top