Rusiya “saxta Zelenski” yarada bilər - Ukrayna kəşfiyyatından xəbərdarlıq


“Rusiya süni intellektə əsaslanan insanın imicini sintez etmək üçün istifadə olunan “deepfake” texnologiyasından istifadə etməyi planlaşdırır. Rusiya təxribat üçün Ukrayna prezidenti Volodimir Zelenskinin simasından istifadə edə bilər”.
Yeniavaz.com
“UNİAN”a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi əhaliyə xəbərdarlıq edib.
Xəbərdarlıqda bildirilib ki, Rusiya Federasiyası Ukraynanı tükənmiş və təslim olmağa hazır hesab etdikdə texnologiyadan istifadə edə bilər.
“Amma, birincisi, bu heç vaxt baş verməyəcək. İkincisi, KBİ-də Volodimir Zelenskinin üzünün belə bir videoda istifadə oluna biləcəyinə dair kəşfiyyat məlumatları var. Ona görə də bilin ki, belə bir videoçarx saxta olacaq, onun məqsədi panika yaratmaq, orientasiyanı pozmaq, sındırmaq və qoşunlarımızı təslim olmağa inandırmaqdır”.

DİGƏR XƏBƏRLƏR

Top