Rus milyonçu Putinin başına 1 milyon dollar qoydu: "Ölü və ya diri..." - FOTO


Rusiyalı iş adamı, hazırda ABŞ-da yaşayan “Transparent Business”in baş direktoru Aleks Konanıxin Rusiya Prezidenti Vladimir Putinin başına pul mükafatı qoyub.

Yeniavaz.com “marca”ya istinadla xəbər verir ki, bu barədə o, “Linkedin”ə Putinin fotosu olan elan yerləşdirib. Fotonun üzərində “ölü və ya diri” sözləri yazılıb. Biznesmen Putini həbs edəcək zabitə 1 milyon dollar verəcəyini vəd edib:
"Mən öz konstitusion vəzifəmi yerinə yetirərək Putini Rusiya qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun hərbi cinayətkar kimi həbs edəcək zabitə 1 milyon ABŞ dolları ödəyəcəyimə söz verirəm. Putin Rusiya prezidenti deyil. O hakimiyyətə xüsusi əməliyyatla - Rusiyada çoxmənzilli binaların partladılması yolu ilə gəlib. Daha sonra azad seçkiləri ləğv etməklə və rəqiblərini öldürməklə Konstitusiyanı pozub. Bir etnik rus və Rusiya vətəndaşı kimi mən Rusiyanın denazifikasiyasına töhfə verməyi öz mənəvi borcum hesab edirəm. Mən Ukraynaya Putin ordusunun irəliləməsinə müqavimət göstərmək üçün apardığı qəhrəmancasına mübarizəsinə kömək etməyə davam edəcəyəm”.

DİGƏR XƏBƏRLƏR

Top