
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, həftə ərzində Rusiya ordusunun şəxsi heyəti arasında itkilər təxminən 9 min nəfər təşkil edir.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə videomüraciətində məlumat verib.
Prezident vurğulayıb ki, Ukrayna ordusu düşməni tam darmadağın etmək üçün hər şeyi edir.
“Bir həftə ərzində demək olar ki, 9 min rus öldürüldü. Nikolayev istiqamətində işğalçılar öz əsgərlərini - ölüləri və yaralıları götürmək üçün onlarla vertolyot göndərməli olublar. 19 yaş, 20 yaş – bunlar həyatda nə görüblər, özgə torpaqların işğalından başqa?” – dövlət başçısı bildirib.
O vurğulayıb ki, Ukrayna hərbçilərin cəsədləri ilə örtülmək istəmir.
"Bütün ordunla evə get. Komandirinə de ki, yaşamaq istəyirsən, ölmək istəmirsən..." o, rus hərbçilərə çağırış edib.
Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi də ötən gün Ukraynadakı itkilərini açıqlamış və indiyə qədər 498 rus hərbçisinin öldüyünü bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz