Ukraynadakı müharibədə iki futbolçu həlak olub - FOTOLAR


Ukraynalı futbolçular Vitali Sapilo və Dmitri Martınenko Rusiyanın hücumları nəticəsində dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası (FIFPro) məlumat yayıb.
Bildirilir ki, həlak olanlardan biri - 21 yaşlı Sapilo “Karpatı Lvov”un gənclər komandasında çıxış edib.
Digər futbolçu isə həvəskar liqa komandalarından olan “Qostomel”in üzvü 25 yaşlı Martınenkodur.
Ukrayna mətbuatında yer alan xəbərlərə görə, Martınenko Rusiya qüvvələrinin onun yaşadığı mənzilə bombalı hücum zamanı, müqavimət birləşmələrinə qoşulan Sapilo isə Kiyev yaxınlığındakı münaqişədə həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top