Bu gün Ukraynada nələr baş verib? - SİYAHI


Ukraynanın işğalının yeddinci günündə də əhəmiyyətli hadisələr baş verib.
Yeniavaz.com həmin hadisələrin xülasəsini təqdim edir.
  • Rusiya qüvvələri mühüm şəhərlərə hücumları intensivləşdirib.
Cənubda :
  • Rusiya Xerson limanına nəzarəti ələ keçirdiyini bəyan etsə də, şəhərin meri Ukrayna qüvvələrinin hələ də limanı əlində saxladığını deyib.
  • Rusiya ilə sərhədə yaxın olan Mariupol şəhərində kütləvi insan tələfatı qorxusu var, mer müavini bir rayonun "demək olar ki, tamamilə məhv edildiyini" deyib.
Şimal - şərqdə:
  • Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda vilayət polis idarəsi və universitetin bir hissəsinə raket hücumu oub.
  • Ukrayna ordusunun bildirdiyinə görə, daha əvvəl rus desantları paraşütlərlə Xarkova enərək şəhərə nəzarət üçün döyüşməyə başlayıblar.
Digər bölgələrdə:
  • Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya işğalı başlayandan bəri 2000-dən çox dinc sakin həlak olub.
  • Rusiya dövlət xəbər agentliyinin məlumatına görə, Rusiya və Ukrayna arasında sülh danışıqları bu gün axşam bərpa olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top