Volodimir Zelenski jurnalistlərə müsahibə verərkən Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak gələrək hazırda Rusiya qoşunlarının Kiyevdə Babi Yar memorialını bombaladığını deyib.
Yeniavaz.com xəbər verir ki, həmin anlar "4News"un obyektivinə düşüb.
Həmin ərəfədə isə Zelenski jurnalistlərə ailəsini ən son nə vaxt görməsi barədə açıqlama verirdi. O əvvəlcə ailəsini müharibə başlamazdan əvvəl gördüyünü desə də, daha sonra onları 3 gün əvvəl, müharibə gedərkən gördüyünü bildirib.
Qeyd edək ki, Zelenski Yelena Zelenskaya ilə evlidir. Onların biri qız, biri oğlan olmaqla iki övladı var.