Ukrayna Müdafiə Nazirliyi son durumu açıqladı


“Rusiya işğalçıları Malın və İrpin istiqamətində böyük itki verib və hücumun sürətini azaldıb. Çernobıl istiqamətindən Demidib və İrpinə hücum etsələr də, itki verərək dayanıblar”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Bakı vaxtilə saat 15:00-a olan məlumatında deyilir.
“Eyni zamanda, düşmən Borodyanka, Katyujanka, Qavronşina yaşayış məntəqələrinin ərazilərində səhra və maddi-texniki bazalar yaradır. Çerniqov istiqamətində düşmənin qarşısı alınıb. Donetsk istiqamətində düşmən əsas səylərini Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq məqsədinə yönəldib. Lakin onlar məqsədinə çatmayıb. Cənubda düşmən qüvvələri Zaporojye və Mariupol istiqamətində hücumunu davam etdirməyə cəhd edir”, - məlumatda qeyd edilir.

DİGƏR XƏBƏRLƏR

Top