“Pfizer” şirkəti Azərbaycanı tərk edir - RƏSMİ


ABŞ-ın və eləcə də dünyanın ən böyük əczaçılıq şirkətlərindən biri olan “PFİZER H.C.P. CORPORATİON” şirkətinin Azərbaycandakı nümayəndəliyi (VÖEN: 1302031681) ləğv olunduğunu elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin rəsmi saytında yayımlanıb. 
Məlumatda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 43, mənzil 17/2 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “PFİZER H.C.P. CORPORATİON” şirkətinin Azərbaycandakı nümayəndəliyi 13.09.2009-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Kozenkov Dmitry Sergeyeviç olub.
1849-cu ildən fəaliyyət göstərən “PFİZER H.C.P. CORPORATİON” şirkətinin 240 milyard dollar aktivləri (2 avqust 2021) olduğu bildirilir. 80 minə yaxın işçisinin olduğu deyilən şirkət bir sıra məşhur dərmanların (“Lipitor”, “Lyrica”, “Diflucan”, “Zithormax”, “Viagra”, “Celebrex” və s.) istehsalçısıdır. 
PFİZER H.C.P. CORPORATİON” şirkəti eyni zamanda Almaniyanın “BioNTech” şirkətilə birgə COVİD-19 virusu əleyhinə peyvən hazırlayıb və hazırda dünyada ən çox istifadə olunan peyvəndlərdən hesab olunur.

DİGƏR XƏBƏRLƏR

Top