Rusiyanın ən böyük bankının səhmləri 1 sentə düşdü - FOTO


Rusiya və Şərqi Avropanın ən böyük bankı hesab olunan “Sberbank” iflas təhlükəsilə üzləşib.
Yeniavaz.com
xəbər verir ki, Avropa ölkələrinin “Sberbank”a sanksiya tətbiq etməsindən sonra London birjasında bankın səhmləri 1 sentə düşüb.

Təkcə son bir həftə ərzində “Sberbank”ın səhmləri 400 dəfə ucuzlaşıb. Belə ki, fevral ayının 25-də bankın səhmləri London birjasında 4 dollardan baha satılıb. 
Onu da bildirək ki, ötən ilin oktyabr ayında “Sberbank”ın səhmləri 20 dollardan baha satılıb. Rusiya ilə Ukrayna arasında gərginlik yarandıqdan sonra bankın səhmləri sürətlə ucuzlaşmağa başlayıb.
Məlumat üçün onu da bildirək ki, ötən ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Sberbank” ilə birgə təsis etdiyi  “SOCAR Enerqoresurs” MMC-nin kapitalından çıxdığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top