
Almaniyadan ABŞ-a lüks avtomobillər daşıyan böyük yük gəmisi göyərtəsində baş verən yanğından sonra Atlantik okeanının ortalarında batıb.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə gəminin meneceri və Portuqaliya donanması məlumat yayıb.
Bildirilib ki, gəmidə baş verən güclü yanğının söndürülməsi bir həftədən çox vaxt aparıb. Yanğın başlayandan dərhal sonra 22 nəfərdən ibarət heyət gəmini tərk edib.
Sığorta mütəxəssisləri hadisənin 155 milyon dollar itki ilə nəticələnə biləcəyini bildiriblər.
Avropalı avtomobil istehsalçıları göyərtədə neçə avtomobilin və hansı modellərin olduğunu açıqlamaqdan imtina ediblər.

Navio mercante "Felicity Ace" afunda fora da Zona Económica e Exclusiva Portuguesa
— Marinha (@MarinhaPT) March 1, 2022
Hoje, durante o reboque, que se tinha iniciado no dia 24 de fevereiro, o navio "Felicity Ace" perdeu estabilidade tendo vindo a afundar-se.
Notícia completa em https://t.co/dxKBKcyN2o pic.twitter.com/yZygL537uk