“Xarkovda çoxlu dağıntı var, səhər saatlarında düşmən mərmisi Karazin Milli Universitetinə və Daxili İşlər İdarəsinin binasına düşüb. Şəhər qismən mühasirəyə alınıb, kommunal xidmətlər işləyir və istilik-elektrik enerjisinin verilməsini bərpa etməyə çalışırıq. Əhaliyə humanitar yardımın paylanması təşkil olunub”.
Yeniavaz.com “unian”a istinadla xəbər verir ki, bu məlumatları Xarkov meri İqor Terexov verib.
"Gecə gərgin keçdi, çünki partlayışlar oldu. Həm yaşayış məntəqələri bombalandı, həm də infrastruktur obyektləri zədələndi. İndicə Mironositskaya küçəsində (V. N. Karazin adına Xarkov Milli Universiteti) universitetin və Daxili İşlər İdarəsinin binasına mərmilər düşdü. Çox böyük dağıntılar baş verir”, - deyə Terexov bildirib.
Onun sözlərinə görə, şəhərə Ukraynanın müxtəlif yerlərindən, eləcə də xaricdən humanitar yardımlar, əsasən ərzaq və dərmanlar daxil olur.