
Bu gün səhər saatlarında Xarkovun mərkəzi hissəsi yenidən atəşə tutulub.
Yeniavaz.com sosial şəbəkələrdə yayılan məlumatlara istinadən bildirir ki, Xarkovda partlayışlar baş verib.
Atışma nəticəsində universitetin binası yanıb. Eyni zamanda Polisin Baş İdarəsinin yerləşdiyi qonşu binanın da bir hissəsi yanıb.
Qurbanların və dağıntıların sayı dəqiqləşdirilir. Fövqəladə Hallar Dövlət Xidmətinin ilkin məlumatına görə, 3 nəfər xəsarət alıb. 100-ə yaxın xilasedici hadisə yerindədir.