Xarkovda son vəziyyət necədir? – Ölən və yaralananların sayı AÇIQLANDI


“Ötən gün Xarkov şəhərinin müdafiə mövqeləri daim düşmən atəşi, təyyarələri, reaktiv artilleriyası və atıcı silahlarının təsiri altında olub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın Xarkov vilayəti dövlət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.
“Günün ikinci yarısında şəhərin şimal-şərq və şimal sektorları düşmənin mexanikləşdirilmiş bölmələrinin hücumuna məruz qalıb. Bütün hücumlar dəf edildi, ruslar əhəmiyyətli itki verdi - təkcə 40-dan çox texnika məhv edildi, mövqelər saxlanıldı. Düşmənin bir təyyarəsi məhv edildi, daha sonra pilot özünü vurdu”, o bildirib.
Sinequbov qeyd edib ki, gün ərzində 112 nəfər yaralanıb, 21 nəfər ölüb.
 

DİGƏR XƏBƏRLƏR

Top