Sahil Babayevin müşaviri Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis təyin olunub - FOTO


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub.

Yeniavaz.com xəbər verir ki, bu vəzifəyə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri Vəli Quliyev təyinat alıb.

Vəli Quliyevin 1984-cü ildə Sumqayıtda anadan olduğu bildirilib. Dövlət İdarəçilik Akademiyasından məzun olub. 2007-ci ildən bank-maliyyyə sektorlarında rəhbər vəzifələrdə, 2020-ci ildən bu günədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top