Bayden: “Putin indi daha çox dünyadan təcrid olunub”


“Biz Rusiyanı incidirik və Ukrayna xalqını dəstəkləyirik. Putin indi həmişəkindən daha çox dünyadan təcrid olunub Biz müttəfiqlərimizlə birlikdə hazırda güclü iqtisadi sanksiyalar tətbiq edirik”.

Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Konqresdə çıxışı zamanı deyib.

Bayden bildirib ki, Vaşinqton Rusiya ölkənin hava məkanını bütün Rusiya təyyarələri üçün bağlayır.

O həmçinin vurğulayıb ki, ABŞ qoşunları Ukraynada Rusiya ordusu ilə münaqişəyə girməyəcək:

“Bizim qüvvələrimiz Ukraynadakı Rusiya qüvvələri ilə münaqişəyə girmir və etməyəcək də. Bizim qüvvələrimiz Avropaya Ukraynada döyüşmək üçün deyil, Putin Qərbə doğru hərəkətini davam etdirməyə qərar verəcəyi təqdirdə NATO müttəfiqlərimizi qorumaq üçün gedir. Birləşmiş Ştatlar və müttəfiqlərimiz bütün kollektiv gücümüzlə NATO ərazisinin hər qarışını müdafiə edəcəklər”.
 

DİGƏR XƏBƏRLƏR

Top