
Ukrayna prezidenti Vladimir Zelenskinin Gürcüstandan səfiri geri çağırması qəbuledilməz və əsassız addımdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlərə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının rəhbəri İrakli Kobaxidze bildirib. "Son günlər Gürcüstanın Ukrayna üçün etdiklərini nəzərə alaraq demək istəyirəm ki, bu qərar qəbuledilməzdir və əsassızdır", - deyə o bildirib.
Hakim partiyanın rəhbəri həmçinin bildirib ki, Ukrayna hökumətini tənqid etməyə davam etmək fikrində deyil, çünki hazırda ölkə və bütün xalq hərbi əməliyyatlar səbəbindən çox çətin vəziyyətdədir.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                