"Belarus işğala qoşulmayacaq" - Lukaşenko


Belarus lideri Aleksandr Lukaşenko dövlət mediasına bildirib ki, onun qüvvələri Ukraynaya müdaxilədə Rusiya qoşunlarına qoşulmayacaq.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, Vladimir Putinin yaxın müttəfiqi olan Lukaşenko Belarus ordusunun hərbi əməliyyatlarda iştirak etmədiyini və heç vaxt da iştirak etməyəcəyini bildirib:
"Biz bunu hər kəsə sübut edə bilərik. Bundan əlavə, Rusiya rəhbərliyi heç vaxt bizimlə bu məsələni - silahlı münaqişədə iştirakımızı qaldırmayıb. Və biz gələcəkdə Ukraynada bu xüsusi əməliyyatda iştirak etmək niyyətində deyilik, buna ehtiyac yoxdur”.
Fevralın 28-də Lukaşenkonun Kiyevə hücuma qoşulmaq üçün hərbi qüvvə göndərməyə hazırlaşdığı ilə bağlı iddialar yayılmışdı.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə, Rusiyanın Belarus ərazisindən Ukraynanın işğalına başlamaqla Belarusun suverenliyini “lağa qoyduğunu” bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top