Ukraynadan rus əsgərlərin rabitəsini kəsmək üçün yeni addım


Ukrayna operatorları rus nömrələri üçün əlaqəni dayandırıblar.
Yeniavaz.com
“RİA Novosti Krım”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Rabitə üzrə Dövlət Xidməti məlumat yayıb.
“Ukrayna operatorları Rusiya nömrəli telefonların öz şəbəkələrinə çıxışını bloklayıblar. Rabitə effektiv döyüş əməliyyatlarının əsas elementlərindən biridir”, - məlumatda deyilir.
Bildirilib ki, rus hərbçilər əsasən mobil telefonlarla əlaqə yaradırlar.
Təşkilat həmçinin Rusiya qüvvələrini Ukrayna vətəndaşlarının mobil telefonlarını əlindən almaqda ittiham edib.

DİGƏR XƏBƏRLƏR

Top