Xarkovdakı partlayışda konsulluğumuzun binasına ziyan dəyib? - AÇIQLAMA


Bildiyiniz kimi az öncə Xarkov şəhərinin mərkəzi raket zərbəsi ilə vurulub. Azərbaycanın fəxri konsulluğunun bu əraziyə yaxın yerləşməsini nəzərə alaraq qeyd etmək istərdik ki, konsulluq binası xəsarət almayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə konsulluq məlumat yayıb.
“Hal-hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu evakuasiya edəcəyik.
Həmvətənlərimizdən bir daha təmkinli olmağı, olduqları yerlərdə qalmaqlarını tövsiyə edirik.
Evakuasiya ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək”, - qeyd olunub.

 

DİGƏR XƏBƏRLƏR

Top