Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi başa çatdı


Ukraynanın BMT-dəki səfiri Sergiy Kislitsya Rusiyanın BMT Təhlükəsizlik Şurasının prezidenti kimi aylıq müddətinin başa çatmasını alqışlayıb.

Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, fevral ayında şuraya sədrliyi Rusiya səfiri Vasili Nebenzia edirdi.
"Mən gecə yarısını səbirsizliklə gözləyirəm, bu iyrənclik, şura sədrinin kreslosunun işğalı başa çatacaq", - Kislitsya ötən gün tvitterdə yazıb.
Qeyd edək ki, Şuranın sədrliyi hər ay üzvlər arasında dəyişir.
BMT Təhlükəsizlik Şurasının səlahiyyətlərinə sülhməramlı əməliyyatların qurulması, beynəlxalq sanksiyaların tətbiqi və hərbi əməliyyatlara icazə verilməsi daxildir.

DİGƏR XƏBƏRLƏR

Top