Dünyanın ən yaxşı qırıcı təyyarə pilotlarından hesab olunan polkovnik öldü


Dünyanın ən yaxşı qırıcı təyyarə pilotlarından hesab olunan, ukraynalı polkovnik Aleksandr Oksançenko hava döyüşündə ölüb.

Yeniavaz.com “unian”a istinadla xəbər verir ki, o, düşmən aviasiyasını öz üzərinə yönləndirib və nəticədə həlak olub.
Ukrayna Prezidenti Volodimir Zelenski ona ölümündən sonra “Ukrayna Qəhrəmanı” adı verib.
Bildirilir ki, A. Oksançenkonun 2 mindən çox uçuş saatı olub. O, ən çətin manevrləri, elementləri uğurla həyata keçirib.
“SIAF”, “The Royal International Air Tattoo”, “International Airshow-2017”, “Czech International Air Fest” aviaşoularında uçuşları ilə məşhurluq qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top