64 kilometrlik zirehli texnika karvanı Kiyevə doğru gedir - FOTOLAR


Yeni yayımlanan peyk görüntülərində Ukraynanın paytaxtı Kiyevə doğru hərəkət edən böyük rus zirehli texnikalarından ibarət karvan əks olunub.

Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, fevralın 28-də, səhər saatlarında çəkilmiş şəkillərdə Rusiya hərbi birləşmələrinin Antonov hava limanı yaxınlığında olduğu görünür. Zirehli texnika karvanı paytaxtın mərkəzindən təxminən 27 km məsafədə yerləşir.
Fotoları yayımlayan peyk təsviri şirkəti “Maxar Technologies”ə görə, karvan təxminən 64 kilometr uzunluğundadır. Bildirilib ki, karvana yüzlərlə zirehli texnika, tanklar, yedəklənmiş artilleriya və logistika dəstək maşınları daxildir.
Şəkillərin paytaxtın şimalında, İvankiv şəhəri yaxınlığında çəkildiyi bildirilir.


DİGƏR XƏBƏRLƏR

Top