Ruslar hərbi hissəni bombaladı: 70 ukraynalı ölüb - FOTOLAR


Ukraynanın Sumı vilayətinin dövlət administrasiyasının rəhbəri Dmitri Jivitskii Rusiyanın Oxtırkaya endirdiyi artilleriya zərbəsinin qalıqlarını əks etdirdiyi iddia edilən şəkilləri yayımlayıb.

Yeniava
z.com BBC-ə istinadla xəbər verir ki, yerli rəsminin bildirdiyinə görə, Rusiyanın şimal-şərqindəki Oxtırka şəhərinə endirdiyi artilleriya zərbəsi nəticəsində 70-ə qədər Ukrayna əsgəri həlak olub.
Dmitri Jivitski artilleriya atəşinin Ukraynaya məxsus hərbi hissəsini məhv etdiyini deyib. O bildirib ki, xilasedicilər və könüllülər cəsədləri dağıntılar altından çıxarmağa davam edirlər:
"Çoxlu insan həlak olub. Hazırda qəbiristanlıqda 70-ə yaxın həlak olmuş ukraynalı əsgər üçün yerlər hazırlanır".
Administrasiya rəhbəri bildirib ki, hazırda şəhərdə xeyli rus əsgərinin də cəsədi var və onlar Qızıl Xaç Cəmiyyətinə verilir.


DİGƏR XƏBƏRLƏR

Top