Ukraynadakı səfirliyimiz azərbaycanlılara xəbərdarlıq etdi


Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə tətbiq edilən komendant saatı ilə bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.

Yeniavaz.com xəbər verir ki, müraciətdə deyilir:

“Komendant saatı zamanı piyada gəzmək qəti qadağandır. Kiyevdə komendant saatı bu gündən saat 20:00-dan 07:00-dək davam edəcək. Bu zaman yalnız Kiyev şəhərinin Hərbi Komendantının yeni tipli xüsusi buraxılışa malik olanlar şəhər ətrafında hərəkət edə bilər. Əvvəllər verilmiş buraxılışlar ləğv edilir.

Biletlər yalnız nəqliyyat üçün verilir. Komendant saatı zamanı piyada gəzmək qəti qadağandır!

Komendant saatı zamanı xüsusi buraxılış olmadan küçədə olacaq mülki şəxslər təxribat-kəşfiyyat qruplarının üzvləri hesab olunacaqlar.

Komendant saatı zamanı hava hücumu xəbərdarlığı olduqda ən yaxın sığınacağa getmək üçün evləri tərk edə bilərsin

DİGƏR XƏBƏRLƏR

Top