Rusların 5 mindən çox itkisi var - Reznikov


4 gündə öldürülən və yaralanan rus işğalçılarının itkiləri 5,3 mindən çoxdur

Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksey Reznikov “facebook”da yazıb. O bildirib ki, Rusiyanın yüzlərlə əsgər və zabiti əsir götürülüb:
“Onların çoxu çox gəncdir. Kreml onları cinayətkarlara çevirir, qatillərə çevirir.
Bəziləri aldadıldı, bəziləri zombi edildi, təbliğat aparıldı və ya qorxuduldu. Ümumiyyətlə, əksəriyyətinin motivasiyasının yüksək olmadığı göz qabağındadır.
Ukrayna üçün insan həyatı ən yüksək dəyərdir. Biz rus əsgərlərinə seçim təklif edirik: Ədalətsiz müharibədə ölmək və ya 5 milyon rubl. Biz rus ordusuna yeni həyata başlamağı təklif edirik”.

DİGƏR XƏBƏRLƏR

Top