Xəbər verdiyimiz kimi, Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad”lardan kütləvi şəkildə atəşə tutub.
Yeniavaz.com xəbər verir ki, dəhşətli hadisənin yeni görüntüləri ortaya çıxıb. Videoda şəhərin mərkəzində kütləvi məskunlaşmanın və iri yaşayış binalarının olduğu ərazilərin bir neçə dəqiqə dayanmadan bombalanması əks olunub. Kadrları bombalanan ərazinin yaxınlığında, hündürmərtəbəli binada yaşayan sakinlərdən biri lentə alıb.
Həmin kadrları təqdim edirik:
Qeyd edək ki, atəş nəticəsində onlarla insanın həlak olduğu, yüzlərləsinin isə yaralandığı bildirilir.