
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsi”nin qalibi Mingəçevir şəhər R. Mirabov adına 7 saylı tam orta məktəbin İxtiraçı gənclər - “Sabahın alimləri” Respublika müsabiqəsinin bağlanış tədbiri keçirilib.
Yeniavaz.com xəbər verir ki, layihənin bağlanış və mükafatlandırma tədbirinə Mingəçevir 13 saylı tam orta məktəb ev sahibliyi edib.
Tədbiri giriş sözü ilə 7 saylı tam orta məktəbin direktoru və layihənin rəhbəri Anar İsmayılov çıxış edərək tədbirə gələn qonaqları salamlayıb və tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib:
“Mən düşünürəm ki,layihə çərçivəsində istədiyimiz naliyyətləri əldə etdik, amma biz bununla kifayətlənmirik, növbəti illərdə də uğurlarımızı artıracağıq”.
Mükafatlandırma tədbirində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov, layihənin eksperti Etiram Sadıqzadə, Mingəçevir Təhsil şöbəsinin müdir vəzifəsini icra edən Zamik Zəbiyev, 13 saylı tam orta məktəbin direktoru Daşqın İbrahimov və uğur qazanmış məktəbilər çıxış ediblər.
Layihənin sonunda layihədə iştirak edən şagirdlər, respublika müsabiqəsində iştirak edib qalib olan şagirdlər, müəllimlər və KİV nümayəndələri sertifikatla mükafatlandırılıblar.
Esmira Hidayətova, Mingəçevir.


