Rusiyanın "nüvə bölmələri" döyüş növbəsinə başlayıb - RƏSMİ


Xəbər verdiyimiz kimi, ötən gün Vladimir Putin Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı “qeyri-qanuni qərb sanksiyalarına” cavab olaraq Rusiyanın strateji çəkindirmə qüvvələrini, o cümlədən nüvə potensialına cavabdeh olan bölmələri yüksək hazırlıq vəziyyətinə gətirməyi əmr edib. O, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova tapşırıq verib.
Yeniavaz.com
xəbər verir ki, bu gün S. Şoyqu tapşırıqların yerinə yetirildiyini deyib və bildirib ki, Rusiyanın "nüvə bölmələri" döyüş növbəsinə başlayıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb:
“Müdafiə naziri Şoyqu Putinə məruzə edib ki, onun əmrinə əsasən, Strateji Raket Qüvvələrinin, Şimal Buzlu və Sakit Okean Donanmalarının və Uzaqmənzilli Aviasiya Komandanlığının idarəetmə məntəqələrinin növbətçiliyi gücləndirilmiş şəxsi heyətlə döyüş növbəsi həyata keçirməyə başlayıb”.

DİGƏR XƏBƏRLƏR

Top