Xarkovda komendant saatı tətbiq olunacaq


Ukraynanın Xarkov şəhərində komendant saatı tətbiq olunacaq.
Yeniavaz.com
"unian"a istinadla xəbər verir ki, komendant saatı fevralın 28-də yerli vaxtla saat 16.00-da başlayacaq və martın 1-i saat 06.00-dək davam edəcək.
Bu barədə açıqlama verən Xarkov vilayəti Administrasiyasının sədri Oleq Sinequbov bildirib ki, şəhər ətrafına getmək təhlükəlidir:
“Mağaza və aptekə maksimum 2 nəfər gedin. Qadınla getməyiniz məsləhətdir. Yaxın məsafələrə gedin. Xarkov şəhəri ətrafına getmək təhlükəlidir. Sizi ərazi müdafə qüvvələrinin döyüşçüləri və ya polis saxlasa vahimələnməyin, sənədlərinizi göstərin, gedəcəyiniz yerə gedin”.
O.Sinequbov qeyd edib ki, böyük ehtimalla diversiya qrupları Ukrayna Silahlı Qüvvələrinin müdafiə xəttini yarmağa cəhd götərəcək, artilleriya atəşi açılacaq. Onun sözlərinə görə, Xarkov vilayəti tamamilə nəzarət altındadır: “Gecə düşməni Çuquyevsk-Roqansk, Lipesko-Sirkunovsk, Derqaçevsk və Belqorod istiqamətində geri oturtmuşuq”.

DİGƏR XƏBƏRLƏR

Top