Ukrayna polisindən yanacaq istəyən rus əsgərləri əsir götürülüb - FOTOLAR


Ukraynanın Xarkov vilayətində iki rus əsgəri polis şöbəsinə gələrək hüquq-mühafizə orqanlarının əməkdaşlarından dizel yanacağı istəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru İrina Venediktova məlumat yayıb.
“Həmin iki nəfər özləri ayaqları ilə Şevçenkovo (Xarkov vilayətinin Kupyanski rayonu) polis şöbəsinə gələrək, təvazökarlıqla dizel yanacağı istəyiblər və texnikalarının sıradan çıxdığını bildiriblər”, - məlumatda deyilir.
Baş prokuror həmin hərbçilərin əsir götürüldüyünü bildirib.


DİGƏR XƏBƏRLƏR

Top