
Azərbaycan Beynəlxalq Bankının ASC (ABB) İnternet bankinq vasitəsilə rublla valyuta əməliyyatlarını müvəqqəti olaraq məhdudlaşdırdığı iddia edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə və bəzi yerli KİV-lərdə məlumat yayılıb.
İddia edilir ki, maliyyə bazarlarında Rusiya rublu ilə bağlı yaranmış vəziyyətlə əlaqədar müvəqqəti olaraq İnternetBank xidmətində, Rusiya rublunda bütün nağd, nağdsız və krosskonvertasiya (alış/satış) əməliyyatlarının aparılması məhdudlaşdırılıb.
Məsələ ilə bağlı ABB-nin Mətbuat katibi Yadigar Cəfərli Yeniavaz.com-a bildirib ki, rublla əməliyyat üzrə məhdudiyyət yoxdur:
“Müştərilər elan olunmuş məzənnə ilə əməliyyat apara bilərlər”.
Qeyd edək ki, Rusiyanın dövlət banklarına və iri istehsal müəssisələrinə tətbiq edilən kütləvi sanksiyalar rublun kəskin ucuzlaşmasına səbəb olub.