Ukrayna tərəfdən Rusiya ilə kimlər görüşəcək? - SİYAHI + YENİLƏNİB


Ukrayna nümayəndə heyəti Rusiya Federasiyasının nümayəndələri ilə danışıqlarda iştirak etmək üçün Belarus-Ukrayna sərhədi ərazisinə gəlib.
Yeniavaz.com xəbər verir ki, Ukrayna Prezident Aparatının mətbuat xidmətinin məlumatına görə, nümayəndə heyətinin tərkibinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov, Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, rəhbəri Ukraynanın TCG-dəki nümayəndə heyətinin üzvü Andrey Kostin, deputat Rustem Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski daxildir.
Qeyd olunur ki, danışıqların əsas məsələsi dərhal atəşkəs və qoşunların Ukrayna ərazisindən çıxarılmasıdır.

***12:36
Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Ukrayna nümayəndə heyətinin hələ də danışıqlar üçün Belarusa gəlmədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə "RIA"ya danışıb. V. Medinski bildirib ki, Rusiya nümayəndə heyəti gözləyir.
Onun sözlərinə görə, danışıqlar Bakı vaxtilə 13:00-da başlayacaq.

***11:28
“Ukrayna və Rusiya tərəflərinin görüşü üçün danışıqlar platforması hazırlanıb, nümayəndə heyətlərinin gəlişi gözlənilir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat verib.
Bildirilir ki, hər iki tərəfin nümayəndələrinin hər biri gəldikdən sonra görüş başlayacaq.
Qeyd edək ki, ötən gün Ukrayna-Rusiya nümayəndə heyətlərinin Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında ilkin şərt olmadan görüşməsi razılaşdırılıb. Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin səfərləri, danışıqlar və geri qayıtması zamanı Belarus ərazisində yerləşən bütün təyyarələrin, helikopterlərin və raketlərin yerdə qalacağına dair məsuliyyəti öz üzərinə götürüb.

DİGƏR XƏBƏRLƏR

Top