"400-dən çox muzdlu Zelenskini öldürmək üçün Kiyevə göndərilib" - “The Times”


Kremlin göstərişi ilə 400-dən çox rus muzdlusu Kiyevdə fəaliyyət göstərir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb və bildirib ki, onlara prezident Zelenskiyə, Nazirlər Kabinetinin üzvlərinə sui-qəsd etmək və şəhəri Moskvanın nəzarəti altına almaq üçün zəmin hazırlamaq tapşırılıb.
Nəşr bildirir ki, sözügedən missiya haqqında məlumat şənbə günü səhər Ukrayna hökumətinin masasına düşüb və bir neçə saat sonra Kiyev şəhəri rus diversantlarından təmizləmək üçün 36 saatlıq komendant saatı elan edib. Mer Kliçko mülki şəxslərə xəbərdarlıq edib ki, onlar təxribatçı hesab olunacaqlar və küçəyə çıxsalar, öldürülmək riski var.

DİGƏR XƏBƏRLƏR

Top