Braziliya Prezidenti Zelenskini ələ salıb


Bazar günü keçirdiyi mətbuat konfransında Braziliya Prezidenti Jair Bolsonaro Ukrayna prezidenti Vladimir Zelenskini ələ salaraq həmkarının xalqının ümidlərini bir komediyaçının əlinə bağladığını söyləyib.

Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, Bolsonaro Rusiyanın işğalını qınamaqdan imtina edib və Braziliyanın münaqişədə "bitərəf" qalacağını söyləyib.
O Braziliya və Rusiyanı praktiki olaraq “qardaş xalqlar" adlandırıb:
"Biz tərəf tutmayacağıq, bitərəf olmağa və mümkün olan hər şeydə kömək etməyə davam edəcəyik".
Bolsonaro fevralın 27-də Putinlə iki saatlıq müzakirə apardığını desə də, sonradan ölkənin Xarici İşlər Nazirliyi onun, bu ayın əvvəlində Moskvaya səfərini nəzərdə tutduğunu açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top