Rusiya hərbçiləri dünyanın ən böyük təyyarəsini yandırdı


Kiyev yaxınlığındakı Qostomel hava limanına rus qoşunlarının hava hücumu nəticəsində AN-225 tipli təyyarə “Mriya” yandırılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Rabitə Agentliyi öz “Telegram” kanalında məlumat yayıb.
“Rusiya qoşunlarının Kiyev yaxınlığındakı Qostomel hava limanına endirdiyi hava hücumu nəticəsində dünyanın ən böyük təyyarəsi olan Ukrayna istehsalı AN-225 tipli “Mriya”nın yandırılması barədə məlumat var”, - deyə məlumatda bildirilir.
Bildirilib ki, təyyarənin bərpası 3 milyard dollardan çox vəsaitə başa gələcək və 5 ildən çox vaxt aparacaq:
“Ukrayna bütün səylərini göstərəcək ki, bu işlərin haqqını işğalçı dövlət ödəsin”.
Məlumatı Ukrayna xarici işlər naziri Dimitri Kuleba da təsdiq edib.

Qeyd edək ki, təyyarə kosmik gəmiləri daşımaq üçün tikilib, lakin son illərdə nadir hallarda səmaya qalxıb

DİGƏR XƏBƏRLƏR

Top